Bank Of Baku

Gəncədə liseydə şagirdlər müəllimə fiziki təzyiq göstərib, ekspertiza təyin olunub

Gəncədə liseydə şagirdlər müəllimə fiziki təzyiq göstərib, ekspertiza təyin olunub
# 10 aprel 2025 17:13 (UTC +04:00)

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi arasında tənəffüsdə mübahisə yaranıb.

Bu barədə APA-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər müəllimə fiziki təzyiq göstəriblər: "Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisənin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR