Bank Of Baku

Gəncədə oğru ev sahibini bıçaqlayıb

Gəncədə oğru ev sahibini bıçaqlayıb
# 04 mart 2025 09:08 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1973-ci il təvəllüdlü Daşkəsən rayon sakini Q.İbrahimov qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Q.İbrahimovun evinə oğru girib. Bu zaman ev sahibi onunla dava edərkən oğru Q. İbrahimova bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, martın 4-də saat 04:00 radələrində 1973-cü il təvəllüdlü şəxs (kişi cinsli) sağ qolunun kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR