Bank Of Baku

Gəncədə qohumlar arasında davada 6 nəfər xəsarət alıb, 59 yaşlı şəxs saxlanılıb - YENİLƏNİB-1

Gəncədə qohumlar arasında davada 6 nəfər xəsarət alıb, 59 yaşlı şəxs saxlanılıb - YENİLƏNİB-1
# 03 iyun 2025 12:54 (UTC +04:00)

İyunun 3-də saat 02:40 radələrində müxtəlif bədən xəsarətələri ilə 6 nəfər (4 kişi, 2 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 4 nəfərinə Akademik Z. Məmmədov adına xəstəxanada, 2 nəfərinə isə Abbas Səhhət adına xəstəxananın müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan 5 nəfər ambulator müayinə üçün evə buraxılıb.

Hazırda 1980-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi isə Akademik Z. Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

***

10.02

Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.

Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.

Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

***

05.11

Gəncənin Məhsəti qəsəbəsində qudalar arasında ailə münaqişəsi zəminində baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 1980-ci il təvəllüdlü Ə.Əlişanov bıçaq xəsarəti, onun həyat yoldaşı A.Əlişanova və 2005-ci il təvəllüdlü övladı A.Əlişanov isə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, ana və övlad balta xəsarətləri alıblar. Ə.Əlişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. Davada qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı və onların da başqa tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur.

İlkin ehtimala görə, mübahisə ailədaxili narazılıq zəminində yaranıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR