Gəncədə yeniyetmə binadan yıxılaraq ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb. 2007-ci il təvəllüdlü Şəbnəm Məmmədovanın binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.