Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Gəncə sakini, 1985-ci il təvəllüdlü Elçin Qurbanov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.