Bank Of Baku

Gəncəyə imtahana gedən müəllimlər qəzaya düşüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO

Gəncəyə imtahana gedən müəllimlər qəzaya düşüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB-1  - FOTO
# 25 iyun 2025 15:40 (UTC +04:00)

İyunun 25-də saat 14:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, 4 nəfərin vəziyyəti qənaətbəxş hesab olunduğundan ambulator müalicə üçün evə buraxılıb. Qapalı kəllə-beyin travması alan 1969-cu il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır", məlumatda deyilir.

***

15.20

Gəncədə baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanların "Ford Fusion" markalı avtomobilin sürücüsü, 1999-cü il təvəllüldü R.Qasımov, "VAZ 2106"-nın sürücüsü V.Məmmədov, həmiçinin "VAZ" olan sərnişinlər - 1967-ci il təvəllüdlü R.Əhmədova, 1991-ci il təvəllüdlü Z.Heydərov və 1985-ci il təvəllüdlü M.Eyyubova olduğu bildirilir.

Xəsarət alanlar Şəmkir rayonu Sabirkənd kənd sakinləridir. Məlumata görə, onlar orta məktəb müəllimləridir, Gəncə şəhərinə imtahan vermək üçün gəliblər.

Faktla bağlı araşdırma aparılır.

***

14.01

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, '"Ford" və "VAZ " markalı minik maşınları toqquşub. Qəzada bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR