Goranboyda yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü A.Əliyevanı vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, mayın 16-da saat 14:50 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş travma, komatoz hal diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra əməliyyat üçün özəl tibb müəssisələrindən birinə təxliyə edilib.