Goranboyda piyadanı avtomaşın vurub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Xanqərvənd kəndində baş verib.
Belə ki, minik maşını 1987-ci il təvəllüdlü piyada Aslanov Elzamin Zülfiqar oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərildikdən sonra durumu stabilləşib və vəziyyəti hazırda qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.