Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb.
"Hyundai" markalı ekskavatorla "Mercedec" markalı minik maşını toqquşub. Qəzada avtomobildə olan 1955-ci il təvəllüdlü N.Hümbətov və 2004-cü il təvəllüdlü Ş.Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 1-də saat 11:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (1-i kişi, 1-i qadın cinsli olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlara sağ çiyin bazu sümüyünün başının sınığı və sağ bud sümüyünün orta üçdə birinin qəlpəli sınığı diaqnozu təyin olunub. Hazırda hər ikisinin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.