Bank Of Baku

Goranboyda iki avtomobil toqquşub – biri dəmir arakəsməyə çırpılıb - FOTO

Goranboyda iki avtomobil toqquşub – biri dəmir arakəsməyə çırpılıb - FOTO
# 19 aprel 2025 22:47 (UTC +04:00)

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan “Honda” markalı minik avtomobili “VAZ 2107” markalı avtomobilə arxadan çırpılıb.

Toqquşmanın təsirindən “Honda” yolun kənarındakı dəmir arakəsməyə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR