Bank Of Baku

Goranboyda minik avtomobili aşıb, ölən və xəsarət alan var

Goranboyda minik avtomobili aşıb, ölən və xəsarət alan var
# 03 aprel 2025 22:46 (UTC +04:00)

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü S. Rzayev ölüb, 1987-ci il təvəllüdlü S. Tağıyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, aprelin 3-də saat 22:30 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Aqonal vəziyyətdə olan 1995-ci il təvəllüdlü şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

1987-ci il təvəllüdlü şəxsə isə belin sıyrılmış yarası diaqnozu təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR