Bank Of Baku

Goranboyda qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb - YENİLƏNİB

Goranboyda qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb - YENİLƏNİB
# 28 mart 2025 09:31 (UTC +04:00)

Goranboyda 17 yaşlı qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 1979-cu il təvəllüdlü Rafiq Cəfərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

22:45

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR