Goranboy rayonunda yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” ilə “VAZ-21011” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1988-ci il təvəllüdlü E.Əliyev, 2000-ci il təvəllüdlü O.Haqverdiyev, 1984-cü il təvəllüdlü R.Xudiyev və
2005-ci il təvəllüdlü A. Nəbili xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.