Göyçayda 34 yaşlı müəllim intihar edib

Gülnar Yusifova

© APA | Gülnar Yusifova

# 21 yanvar 2022 13:40 (UTC +04:00)

Göyçay rayon sakini intihar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb. Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR