Göyçayda bədbəxt hadisə baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay rayon Bığır kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb. Onun aldığı xəsarətlərdən dünən yaşadığı evdə öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.