Göyçayda yanğın hadisəsi baş verib.
APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, dünən gecə saatlarında Göyçayda Heydər Əliyev prospektində Əliyev Natiq Şükür oğluna məxsus Kia Sorento markalı minik avtomobili alışaraq yanıb. Hadisə yerinə Göyçay rayon Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını cəlb olunub.
Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Cahangir Novruzov