Göyçayda avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mallı-Şıxlı kəndində baş verib.
Hadisə nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib və iki nəfər xəsarət alıb.
Xəsarət alanlardan sürücü 1958-ci il təvəllüdlü Əhmədov Muxtar Soltan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sərnişin vəziyyəti normal olduğundan evə buraxılıb.
İlham Əhmədov