Bank Of Baku

Göygöldə 41 yaşlı kişinin qonşusu tərəfindən bıçaqlandığı iddia olunur

Göygöldə 41 yaşlı kişinin qonşusu tərəfindən bıçaqlandığı iddia olunur
# 27 mart 2025 21:08 (UTC +04:00)

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü N.Əsgərov diz nahiyyəsinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İddialara görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Göygöl rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı V. Qədirov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR