Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü R. İmanov hadisə yerində ölüb. Bir nəfərin isə xəsarət aldığı bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, aprelin 20-də saat 23:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bud sümüyünün sınığı diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.