Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını yolu keçmək istəyən Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Bilal İsgəndərovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.