Bank Of Baku

Göygöldə avtomobillə mikroavtobus toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Göygöldə avtomobillə mikroavtobus toqquşub, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 16 aprel 2025 09:58 (UTC +04:00)

Göygöldə minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alanlar olub.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar 1999-cü il təvəllüdlü Seymur Pənahov, 1962-ci il təvəllüdlü Namiq İsayev və 2005-ci il təvəllüdlü Ətlas İsmayılovadır.

Qeyd edək ki qəzada xəsarət alanlar mikroavtobusun sərnişinləridir.

TƏBİB-dən APA-ya verilən məlumata görə, 16.04.2025-ci il tarixində saat 08:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

08.25

Göygöldə minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili ilə mikroavtobus toqquşub.

Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR