Göygöl sakinini bıçaqlayan şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisəni 2001-ci il təvəllüdlü Kənan Axundov törədib. O polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
31 iyul, saat 23:03
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
1998-ci il təvəllüdlü İsmaylov Sənan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.