Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Göygöl rayonunun Bəhrambağ qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik maşını hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı dəmir arakəsməyə, daha sonra isə yolun kənarına aşıb. Yeni Qızılca kənd sakinləri - Elvin Məmmədov və avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü İsbi Alıyev hadisə yerində ölüb.
2008-ci il təvəllüdlü S.Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb.
Qəzada aşan avtomobil Şəmkir rayonunda yerləşən duracağa gətirildikdən sonra yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.