Göygöldə zəhərlənərək ölən şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, ölənlərdən 1-i qardaş, 2-si bacı olmaqla Kəlbəcər rayon sakinləri - 1999-cu il təvəllüdlü Seymir Hüseynli, 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova, 2004-cü il təvəllüdlü Xatirə Hüseynova və 1990-cı il təvəllüdlü Səbinə Müseyibovadır.
Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində kirayə evdə baş verib. Ölənlər həmin kəndə bir günlük istirahət üçün gəlibmişlər.
Faktla bağlı araşdırma aparılır.
Onların dəm qazından, yoxsa qida zəhərlənməsindən öldükləri dəqiqləşdirirlir.
***
09:19
Göygöldə 4 nəfər zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.