Bank Of Baku

Göygöldə yanğın olub, tüstüdən zəhərlənən var

Göygöldə yanğın olub, tüstüdən zəhərlənən var
# 01 dekabr 2025 16:39 (UTC +04:00)

Göygöldə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın rayon ərazisindən yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilib.

1961-ci il təvəllüdlü İ.Hüseynova məxsus evdə yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın nəticəsində 1989-cu il təvəllüdlü A.Huseynova tüstüdən zəhərlənib. Zəhərlənən qadın xəstəxanaya yerləşdirilib.

Ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR