Bank Of Baku

Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb

Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb
# 03 aprel 2025 15:58 (UTC +04:00)

Tovuzda xeyli miqdarda dərman preparatı aşkar edilib.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3920 ədəd “Trittico” adlı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR