Bank Of Baku

Hacıqabulda avtomobil piyadanı vurub - YENİLƏNİB

Hacıqabulda avtomobil piyadanı vurub - YENİLƏNİB
# 27 iyun 2025 02:47 (UTC +04:00)

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bu barədə APA-nın Mil-Muğan bürosu xəbər verir.

***
01:45

Hacıqabul rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən Bakı şəhəri, Əmircan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elmir Yusif oğlu Ağamalıyevi vurub.

Piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR