Bank Of Baku

Heydər Əliyev prospektindəki yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Heydər Əliyev prospektindəki yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
# 10 aprel 2025 17:33 (UTC +04:00)

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər (1 kişi cinsli, 1 qadın cinsli) hospitalizasiya olunub.

Bu barədə APA-ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR