Bank Of Baku

İki vəkilin fəaliyyəti dayandırılıb, məhkəməyə müraciət olunub

İki vəkilin fəaliyyəti dayandırılıb, məhkəməyə müraciət olunub
# 01 oktyabr 2025 15:19 (UTC +04:00)

Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılıb.

APA xəbər verir ki, bu barədə bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib.

Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

APA-nın əldə etdiyi məlumata görə, fəaliyyətinə xitam verilən vəkillər Elxan Osmanov və Cavidan Osmanlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR