Bank Of Baku

İmişlidə avtomobil piyadanı vurub

İmişlidə avtomobil piyadanı vurub
# 13 aprel 2025 07:30 (UTC +04:00)

İmişli rayonunda avtomobil qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb.

Belə ki, “Ford” markalı minik avtomobili kənd sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Xəyal Əziz oğlunu vurub.

X.Rüstəmov ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR