İmişli rayonunda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan qəsəbə sakini, 1973-cü il təvəllüdlü Nəsirova Bahar Rüstəm qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.