Bank Of Baku

İsmayıllıda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

İsmayıllıda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
# 01 aprel 2025 12:02 (UTC +04:00)

İsmayıllıda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, gecə İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobil idarəetmənin itməsi nəticəsində yolun kənarındakı obyektə çırpılıb.

Nəticədə sürücü 1983-cü il təvəllüdlü Yasin Rəhimov, onun iki sərnişini - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə xəsarət alıb.

Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR