İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var - FOTO

İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var - FOTO
# 17 aprel 2024 19:56 (UTC +04:00)

İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var.

APA-nin Şirvan bürosu xəbər verir ki, kənddə torpaq və həyətyanı sahələrdə sürüşmə müşahidə olunur, evlərə zərər dəyir. Kənd sakinləri buna səbəb kimi ərazidən keçən su kanallarını görür. Sakinlərin iddiasına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb.

Axıntı güclü olan hissələrdə önləyici tədbirlər görülmədiyindən get-gedə torpaq sürüşməsi genişlənir və sakinlər qorxudan evlərini tərk etməli olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR