Mətnə video əlavə olunub.
***
Saat 11:09
İsmayıllı rayonunda bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllıya istirahətə gələn Abşeron rayonu Xırdalan şəhər sakini 1963-cü il təvəllüdlü Qəhrəmanov Həsən Əli oğlu rayonun İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdıma aparılır.