Bank Of Baku

Keçən il insan alveri ilə bağlı 2 cinayətkar qrup zərərsizləşdirilib

Keçən il insan alveri ilə bağlı 2 cinayətkar qrup zərərsizləşdirilib
# 14 mart 2025 11:02 (UTC +04:00)

Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 insan alveri və 1 məcburi əmək cinayəti qeydə alınıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Məlumata görə, 2 cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib.

Qurbanların 56-sı sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımlarla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb.

80 insan alveri qurbanına birdəfəlik müavinətlər verilib, 9-u işlə təmin edilib, 18-i peşə kursuna, 63-ü yardım mərkəzinə yönləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR