Bank Of Baku

Kəlbəcərdə yük avtomobili aşıb, 2 nəfər ölüb

Kəlbəcərdə yük avtomobili aşıb, 2 nəfər ölüb
# 18 mart 2025 10:19 (UTC +04:00)

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Qamışlı kəndində yük avtomobili idarəetmənin itməsi nəticəsində dərəyə aşıb.

Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada ölüb.

Sürücü 37 yaşlı E. Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR