Kürdəmirdə qətl törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 6-da şəhər sakini, 61 yaşlı Xanımqız Bədəlovanı küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Atakişili kənd sakini R.Cəfərov tutularaq istintaqa təhvil verilib.