Bank Of Baku

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
# 06 iyun 2026 16:05 (UTC +04:00)

Kürdəmirdə açıq ərazidə baş verən yanğın söndürülüb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi tərəfindən ətraf əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

15.07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kürdəmir rayonunda quru otluq ərazinin yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR