Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun 172-ci kilometrliyində Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. "Nissan" markalı minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə Bakı şəhər sakinləri - 1974-ci il təvəllüdlü Könül Məhərrəm qızı Abdullayeva, 1955-ci il təvəllüdlü Güldəstə Aslan qızı Məhərəmova və 2010-cu il təvəllüdlü Zöhran Novruz oğlu Oruclu müxtəlif xəsarətlərlər alıblar.
Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.