Bank Of Baku

Laçında traktorun aşması nəticəsində 2 nəfərin ölümünə görə istintaq başa çatıb

Laçında traktorun aşması nəticəsində 2 nəfərin ölümünə görə istintaq başa çatıb
# 06 may 2023 09:50 (UTC +04:00)

Laçında iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən şəxs qismində cəlb olunan Müşfiq Əliyevin barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, Müşfiq Əliyev barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 25-də Laçında qeydə alınıb.

Taxıl sahəsində Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi traktor aşıb.

Nəticədə traktorda olan Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR