Lənkəranda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarınınkeçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 7900 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şıxcanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.