Bank Of Baku

Lənkəranda 32 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

Lənkəranda 32 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb
# 07 aprel 2025 18:03 (UTC +04:00)

Lənkəranda kişini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Rayon sakini 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib. Balıq tutub çayı keçərkən qırmağı yüksək gərginlikli elektrik xətlərinə toxunub. X.Əlizadə hadisə yerində ölüb.

Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR