Bank Of Baku

Lənkəranda 8 yaşlı uşağı maşın vurub - YENİLƏNİB

Lənkəranda 8 yaşlı uşağı maşın vurub - YENİLƏNİB
# 11 iyun 2025 17:12 (UTC +04:00)

Bu gün saat 14:55 radələrində Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Günay Elşən

***

15:48

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə günorta saatlarında Lənkəran şəhərinin Müzəffər Nəsirli küçəsində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakini 2017-ci il təvəllüdlü R.Ş-ni vurub. Azyaşlı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR