Bank Of Baku

Lənkəranda avtomobil 12 yaşlı uşağı vuraraq öldürüb - FOTO

Lənkəranda avtomobil 12 yaşlı uşağı vuraraq öldürüb - FOTO
# 09 oktyabr 2023 15:10 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində qeydə alınıb. 10-TM-103 dövlət nömrə nişanlı "Mercedes" markalı nəqliyyat vasitəsi, Gərmətük kənd sakini 2011-ci il təvəllüdlü Süleyman Məhəmməd oğlu Nəzərzadəni vurub. Uşaq aldığı xəsarətlərdən ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes" yüksək sürətlə hərəkətdə olub və işıqforun qırmızı işığında keçib. Piyada S.Nəzərzadə marşrutdan düşüb yolu keçmək istəyən anda onu maşın vurub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR