Bank Of Baku

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb - FOTO
# 27 iyun 2025 11:15 (UTC +04:00)

Lənkəranda avtomobilin vurduğu piyada ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili, avtobusdan düşüb yolu keçmək istəyən kənd sakini 1968-ci il təvəllüdlü Ruhəngiz Babayevanı vurub. Hadisə yerinə çağrılan təcili tibbi yardım xidməti ağır xəsarət alan qadını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsa da, həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR