Bank Of Baku

Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilib - FOTO - YENİLƏNİB

Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilib - FOTO  - YENİLƏNİB
# 07 aprel 2025 20:21 (UTC +04:00)

Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.

APA-nın cənub bürosunun xəbərinə görə balıqçı, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn olunub.

İlkin Rzayev

***

18:57

Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilir.

APA-nın əldə etdiyi xəbərə görə, Lənkəranda itkin düşən balıqçı, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti quru yolu ilə ölkəyə gətirilir.

Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.

Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR