Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.
Bir həftədir ailə üzvləri tərəfindən axtarılan - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.
Hazırda ölüm səbəbləri araşdırılır.
Meyiti tapılan şəxslərin əminəvəsi olduqları bildirilir.