Bank Of Baku

Lənkəranda təcili tibbi yardım avtomobilində qəzaya düşən xəstə ölüb

Lənkəranda təcili tibbi yardım avtomobilində qəzaya düşən xəstə ölüb
# 12 dekabr 2024 16:22 (UTC +04:00)

Lənkəranda bir neçə gün əvvəl təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxs ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, təcili tibbi yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən insult xəstəsi, qəza zamanı xəsarət alan Astara rayon sakini 1956-cı il təvəllüdlü A. Əhmədova xəstəxanada vəfat edib.

Xatırladaq ki, Astaradan Lənkərana gələn təcili tibbi Yardım avtomobili köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində 1990-cı il təvəllüdlü N. Şərifzadənin idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində, təcili yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları - 1977-ci il təvəllüdlü E. Əhmədova və 1988-ci il təvəllüdlü S. İbrahimov xəsarət alıb. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Qeyd edək ki, "Hyundai Tucson"un sürücüsü N. Şərifzadənin də Lənkəran rayon təcili tibbi yardım şöbəsinin əməkdaşı olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR