Bank Of Baku

Lənkəranda təmir zamanı avtobusun altında qalan kişi xilas edilib - FOTO - VİDEO

Lənkəranda təmir zamanı avtobusun altında qalan kişi xilas edilib - FOTO  - VİDEO
# 24 yanvar 2026 17:04 (UTC +04:00)

Lənkəranda köməksiz vəziyyətdə avtobus altında qalan şəxs xilas olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.

Sürücü 1970-ci il təvəllüdlü Taleh Abdin oğlu Məhərrəmov təmir işləri apararkən avtobus üzərinə düşüb, o, sıxılmış, köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə hissəsinin xilasedicilərinin canlı qüvvəsi və texnikası cəlb olunub. Görülən operativ tədbirlərlə avtobus altında sıxılaraq köməksiz vəziyyətdə qalan Taleh Məhərrəmov çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR