Bank Of Baku

​​​​​​​Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO

​​​​​​​Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO
# 29 mart 2025 12:54 (UTC +04:00)

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Astara rayon sakinləri - 2005-ci il təvəllüdlü Zamiq Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR